Haqqımızda Reklam
04 
Apr
2020
12:47
18
43
5858

Gürcüstanda koronavirusla bağlı ilk ölüm halı qeydə alındı

Bu gün, Gürcüstanda koronavirusdan ilk ölüm halı qeydə alınıb. 24News.ge xəbər verir ki, bu barədə Birinci Universitet klinikasından jurnalistlərə açıqlama verilib. Qeyd edilir ki, 31 mart tarixində klinikaya yerləşdirilmiş, 79 yaşlı qadın koronavirus səbəbindən həyatını itirib. Xəbər portalımıza verilən digər məlumata görə, 79 yaşlı qadın kəpənəkçi kənd sakini, Dilbər Bayramovadır. Sakinlər onuda qeyd ediblər ki, dünyasını dəyişən qadın bir neçə ildir ki, ciyar xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, bu günədək ölkədə koronavirusa 156 yoluxma halı qeydə alınıb. Onlardan 28 nəfəri sağalıb. Mənbə: 1tv.ge

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989