Haqqımızda Reklam
04 
Apr
2020
12:07
62
4
3632

"Fox News"dan maraqlı açıqlama - Dünyada koronavirusdan həyatını itirənlərin sayı artır, bir ölkədə isə ölüm qeydə alınmayıb - Bu ölkə Gürcüstandır

"Dünyada koronavirusdan həyatını itirənlərin sayı artır, bir ölkədə isə rəsmi olaraq ölüm qeydə alınmayıb - Bu ölkə Gürcüstandır" 24News.ge xəbər verir ki, bu barədə məşhur Amerika telekompaniyası "Fox News", Gürcüstanın baş naziri, Giorgi Qaxariyadan aldığı müsahibənin girişində bildirir. Müsahibəsi zamanı, Giorgi Qaxariya bildirib ki, Gürcüstan höküməti koronavirusun yayılmasının qarşısını almaq üçün, qabaqlayıcı tədbirləri yanvar ayından başlayıb və virusun geniş şəkildə qeydə alındığı ölkələrlə gəliş-gedişi dayandırıb. Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan hökümətinin aldığı qabaqlayıcı tədbirlərə baxmayaraq, koronavirus təhlükəsi hələ sovuşmayıb və qüvvədədir. "Fox News", Gürcüstan hökümətinin koronavirusla uğurlu mübarizəsinə və ölüm halının qeydə alınmamasına baxmayaraq, bu virusun ölkə iqtisadiyyatına vurduğu ziyanı da dilə gətirib. Telekompaniya həmçinin, Gürcüstan höküməti tərəfindən vergi ödənişlərinin bir neçə aylıq geri çəkilməsi, biznes sahəsinə və sahibkarlığa yardım üçün ayırdığı milyonlarla dollara da diqqət çəkib. Qeyd edək ki, bu günədək ölkədə koronavirusa yoluxma hallarınən sayı 156-dır. Virusdan tam olaraq 28 nəfər sağalıb. Xoşbəxtlikdən, koronavirusdan ölüm halı qeydə alınmayıb. Bu statistikalarla Gürcüstan qonşuları və Avropa məkanında ən yaxşı göstəricilərdən birinə sahibdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989