Haqqımızda Reklam
28 
Mar
2020
16:44
10
2
1054

Xİ-Nazirliyi xaricdə olan Gürcüstan vətəndaşlarına müraciət edir - Diqqətli olun!

Xarici İşlər Nazirliyi xaricdə olan Gürcüstan vətəndaşlarını xüsusi şəxslərin və siyasi qrupların vədlərinə inanmamağa və diqqətli olmağa çağırır. 24News.ge xəbər verir ki, nazirlik açıqlamasında xaricdəki Gürcüstan vətəndaşlarını fərdi şəxslərin və siyasi qrupların verdiyi vədlərə etinasız olmağa çağırır. Nazirliyin yaydığı məlumata görə, sosial şəbəkələrdəki fərdi şəxslər və müəyyən siyasi qruplar Gürcüstan vətəndaşlarına evlərinə qayıdacaqlarını vəd edirlər. Nazirlik isə, xaricdəki Gürcüstan vətəndaşlarını bu cür təkliflərə diqqətli olmağa və yalnız Gürcüstanın diplomatik nümayəndəliklərinin köməyi ilə səyahət marşrutu planlaşdırmağı tövsiyyə edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989