Haqqımızda Reklam
28 
Mar
2020
15:16
8
17
2442

Gürcüstanda dəhşətli qətl: ata azyaşlı körpəsini öldürdü

Qurcaanidə azyaşlı uşağını bıçaqla qətlə yetirən və həyat yoldaşını yaralayan şəxs saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. İstintaqla müəyyən olunub ki, 24 yaşlı kişi Qurcaani bələdiyyəsinin Vecini kəndində 2019-cu il təvəllüdlü övladını soyuq silahla öldürüb, 1996-cı il təvəllüdlü həyat yoldaşına çoxsaylı xəsarətlər yetirib Saxlanılan şəxs günahını etiraf edib. Qətldə istifadə edilən bıçaq maddi sübut kimi müsadirə olunub. Faktla bağlı ağırlaşdırıcı hallarda ailə üzvünü qəsdən qətlə yetirmə maddəsi üzrə cinayət işi açılıb. Bu cinayət əməli 13 ildən 17 ilədək həbs müddəti ilə cəzalandırılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989