Haqqımızda Reklam
28 
Mar
2020
11:09
14
7
2037

Sürücülərə ŞAD XƏBƏR! - Cərimələrinizin ödəniş vaxtı uzadıldı

Daxili İşlər Nazirliyinin təşəbbüsü və hökumətin qərarı əsasında yol-hərəkat qaydalarının pozulması nəticəsində yazılmış cərimələrin ödəniş vaxtı uzadılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu sahə üzrə hal-hazırda cərimə ödəməli olan şəxslər, sözügedən cəriməni föqvəladə hal rejimi sona çatdıqdan, yəni 21-apreldən sonra ödəyə bilərlər. Bundan əlavə, ödəniş vaxtını gecikdirmiş və şəxsiyyət vəsiqəsinin ləğvi həyata keçirilməlii olan sürücülər üçün də bu müddət 21 aprelədək uzadılıb. Həmçinin, vətəndaşlar avtomobillərinin texniki baxışını da fövqəladə hal rejimi sona çatanadək təxirə sala bilərlər. Bu müddət ərzində texniki baxışdan keçməyən sürücülərə cərimə tətbiq edilməyəcək. Nazirlik həmçinin ictimai asayişin qorunması üçün, 24 saatlıq iş rejiminin davam etdirdiyini də bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989