Haqqımızda Reklam
27 
Mar
2020
12:55
22
19
5725

Marneulinin girişində xaçın qoyulması ilə bağlı rayon meri Zaur Darğallı açıqlama verdi - Təxribatdır

Bu gün səhər saatlarında sosial şəbəkələrdə, Marneuli rayonunun girişinə yeni bir xaç qoyulması ilə bağlı məlumatlar yayıldı. 24News.ge xəbər portalı sözügedən məsələ ilə bağlı rayon meri Zaur Darğallıdan müsahibə alıb. Məsələyə aydınlıq gətirən Marneuli meri yayılan məlumatların yalan və əsassız olduğunu açıqladı: "Sosial şəbəkələrdə paylaşılan şəkillər 2016-ci ildə çəkilib. Təəssüfki müxtəlif müxalif qüvvələr ölkənin belə bir çətin vaxtında bu cür təxribat yönlü addımlar atırlar. Telefonlarda bu cür şəkilləri insanlara göndərərək xalq arasında nifrət toxumu səpməyə çalışırlar. Düşünürəm ki, bu cür insanlara dövlət tərəfindən ciddi reaksiya verilməlidir. Hazırda bütün dünya çətin bir sınaqla üz-üzə dayanıb. Bu problemdən bizim ölkəmizdə sığortalanmayıb. Belə çətin bir dövürdə hər birimiz əl-ələ verib bu bəladan ölkəmizi qurtarmağa çalışmalıyıq. Bu gün gördüklərimiz isə çox təəssüf edici bir haldır", - deyə Z. Darğallı bildirib. Sözügedən xaçın qoyulması ilə bağlı aşağıda sizə bir foto təqdim edirik. Həmin şəkil 2016-cı ilin sentyabr ayında sosial şəbəkələrdə paylaşılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989