Haqqımızda Reklam
26 
Mar
2020
22:43
9
9
1837

Hökumət əhalini fövqəladə hal qaydalarına əməl etməyə çağırır - Əks halda qanunla nəzərdə tutulmuş normalar tətbiq ediləcək

Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi altında koronavirusla əlaqədar yaradılmış Qurumlararası Əlaqələndirmə Şurasının növbəti iclası baş tutub. 24News.ge xəbər verir ki, iclasda əhaliyə bir daha müraciət edilərək fövqəladə halın tələb etdiyi normalara əməl etmək xaiş edilib. İclasda ölkə əhalisinə mütləq zərurilik yaranmadığı təqdirdə küçəyə çıxmamaları barədə müraciət edilərək, əks halda qanunun tələb etdiyi zəruri tədbirlərin görüləcəyinə dair müraciət ünvanlanıb. Hökümətin iclasında şura üzvləri ölkədə koronavirusa əlaqədar son durumu da analiz ediblər. Həmçinin, Vahid Milli İmtahanlar və Magistratura imtahanlarına qeydiyyat vaxtının 30 aprel, saat 18:00-dək uzadılması barədə də qərar qəbul edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989