Haqqımızda Reklam
26 
Mar
2020
19:36
19
7
1541

Marneulidə tibb işçilərinə koronavirusla bağlı test keçirildi

Marneulidə risk qrupları ilə ünsiyyətdə olan tibb işçilərinə test keçirilib. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, keçirilən testlərin nəticəsi olaraq heç bir tibb işçisində koronavirus aşkarlanmayıb. Qeyd edək ki, artıq iki gündür Marneuli və Bolnisidə 35 min insan tibbi yoxlanışdan keçirilib. Yoxlamalar zamanı hər iki rayonda vətəndaşların vəziyyətinin sabit olduğu açıqlanıb. Bildirilib ki, Əlavə müdaxilələrə və klinikalara çatdırılmalara ehtiyac yoxdur. Marneuli və Bolnisi əhalisi üçün koronavirusu qısa zamanda müəyyən edən 1 000 test çatdırılıb və bu testlərin vasitəsilə koronavirusu 6 saat əvəzinə yarım saata müəyyən etmək mümkündür.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989