Haqqımızda Reklam
26 
Mar
2020
17:36
28
10
5463

Marneulidə koronavirusa yoluxan qadının yoluxma mənbəyi məlum oldu

Koronavirusun təsdiqləndiyi Marneuli sakini olan 62 yaşlı qadının ilkin yoluxma mənbəyi müəyyən edilib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib. O bildirib ki, infeksiyanın mənbəyi qadının başqa ölkədən Gürcüstana gələn ailə üzvü olub. P.İmnadze əlavə yoxlamalara ehtiyac olduğunu söyləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989