Haqqımızda Reklam
26 
Mar
2020
17:21
268
12
18913

Saakaşvili Marneuli və Bolnisidəki yerli azərbaycanlıları müdafiə etdi

Gürcüstanın eks prezidenti, sərt karantin rejiminin tətbiq edildiyi Marneuli və Bolnisi rayonlarındakı yerli azərbaycanlılara dəstək ifadə edib. 24News.ge xəbər verir ki, eks prezident Gürcüstanda və Kvemo-Kartili bölgəsində virusun yayılmasında hər hansı bir etnosun məsuliyyət daşımadığını bildirib. "Qeyd etmək istəyirəm ki, Kvemo-Kartilidə çox əməksevər, vətənsevər Gürcüstan vətəndaşları yaşayırlar. Onların əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır. Təbii olaraq orada etnik gürcülər, ermənilər və digərləri də var. Biz hər şey etdik ki, bu xalq inteqrasiya olsun. Biz onları təhsil almaları üçün xaricə göndərirdik, həmçinin Gürcüstanın ali məktəblərində oxumaları üçün proqramlar yaratdıq. Yaşlı nəsilin gürcü dilini bilməmələri onların problemi deyil. Gənclər artıq dövlət dilini yaxşı bilirlər. O xalq çox yaxşı xalqdır və orada xəstəliyin yayılması konkret insanların deyil, daha çox sistemin günahıdır. Virusa yoluxan qadın vaxtında yoxlanılmadı, hansı ki, bütün əlamətlər ortada idi. İlk tibbi profilaktik tədbirlər həyata keçirilmədi. Klinikada bu imkandan istifadə edilməməsi və dövlətin etmədiyi çox yanlış və qorxuncdur. Azərbaycanlı vətəndaşlarımıza tam dəstək ifadə etmək istəyirəm. Onlar bizim cəmiyyətin tamhüquqlu üzvləri, bizim ətimiz-qanımızdırlar. Əminəm ki, Gürcüstan xalqı bu çətinliyin öhtəsindən gələcək,"-deyə Mixeil Saakaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989