Haqqımızda Reklam
26 
Mar
2020
16:30
32
3
2759

Gürcüstanın aparıcı QHT-ləri etnik azərbaycanlıların müdafiəsinə qalıxdı

Marneuli və Bolnisi rayonlarının karantin bölgəsi elən edildikdən sonra bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən etnik azərbaycanlılara qarşı qeyri tolerant və ksonofobiya dolu statuslar yazan şəxslərə qarşı, Gürcüstanın aparıcı Qeyri Hökümət Təşkilatları hərəkətə keçib. 24News.ge xəbər verir ki, 11 QHT-nin imzaladığı bəyannamə sözü gedən halları qınayaraq, siyasətçiləri və vətəndaş cəmiyyətinin aktiv üzvlərini etnik azərbaycanlıların müdafiəsinə səsləyir. "Fobiaya Yox" platforması tərəfindən başladılan və 11 aparıcı QHT-nin imza atdığı bəyannamədə ölkənin etnik azərbaycanlı icmasına qarşı yönəlmiş qeyri-tolerant paylaşımlara qarşı dərin narahatlıq ifadə edilərək, siyasətçilərə, ölkə mediasına və vətəndaş cəmiyyətinin aktiv üzvlərinə problemin aradan qaldırılması üçün çağırışlar edilib. Siyasətçilərə edilən müariciətə, entnik azərbaycanlı əhaliyə dəstək çağırışları etmək xahiş edilir. Vətəndaş cəmiyyətinin aktiv üzvləri və digərlərindən sosial media bu cür qeyri-tolerant rəylərin tapılaraq şikayət edilməsinə çağırış edilir. Platforma mediaya da müraciət edərək, hesablarında bu cür rəylər yazan insanlara qarşı tədbir görməyə səsləyir. Sözü gedən müraciətə imza atmış QHT-lər aşağıdakılarıdır: "Mediyanın İnkişaf Fondu" (MDF) "Gürcüstanın Demokratik İnsiyativi" (GDI) "Tolerantlıq və Rəngarəngli İnstitut" (TDI) "Ədalətli Seçkilər və Beynəlxalq Demokratik İctimaiəti" (ISFED) "İnsan Hüquqları Mərkəzi" (HRC) "Konstitusiyanın 42-ci bəndi" "Sapari" "Qara və Baltik Dənizi Alyansı" "Gürcüstan İslahatlar Assosyasiyası" (GRASS) "Tbilisi Praidi"

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989