Haqqımızda Reklam
26 
Mar
2020
14:48
14
5
1322

"Marneuli və Bolnisi sakinləri çindən gətirilən sürətli koronavirus aşkarlayan testdən keçirilir”.– Qubernator

“Marneulidə 15 min nəfər, Bolnisidə isə 3400 nəfər koronavirusu sürətlə aşkarlayan testdən keçirilib”. 24News.ge xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, aparılan test yoxlamalarının nəticəsində iki rayonda koronavirusa hələ hər hansı bir yoluxma halı təsdiqlənməyib. Qubernatorun sözlərinə görə, Marneuli və Bolnisidə ciddi karantin rejimi normal qaydada davam edir: “Hazırda hər iki bələdiyyədə ərzaq məhsulları, yanacaq və dərman preparatları kifayət qədərdir. Bu gün 10 min ədəd tibbi maska və digər tibbi ləvazimatlar Marneuli və Bolnisidə paylanılacaq”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989