Haqqımızda Reklam
26 
Mar
2020
12:37
5
13
1591

Gürcüstanda 5 uşaq koronavirusa yoluxub

Gürcüstanda 5 uşağın koronavirusa yoluxması təsdiqlənib 24News.ge xəbər verir ki, bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib. O bildirib ki, uşaqların hamısında xəstəlik yüngül formada keçir: “Koronavirusa uşaqlarda nadir hallarda rast gəlinir. Əgər azyaşlılar bu infeksiyaya yoluxurlarsa, xəstəlik yüngül və yaxud orta ağır formada keçir”. Qeyd edək ki, ölkəmizdə koronavirusa 77 yoluxma halı təsdiqlənib. Yoluxanların 10-u sağalıb. Ən yaşlı koronavirus xəstəsinin 82, ən gəncinin isə 2 yaşı var.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989