Haqqımızda Reklam
26 
Mar
2020
11:40
12
1
1605

Vaşadze milli valyuta Lari ilə əlaqədar hökümətə tövsiyyəsini açıqlayıb

"Yeni Gürcüstan" partiyasının lideri, Giorgi Vaşadze milli valyuta olan lari ilə əlaqədar hökümətə 3 tövsiyyə verib. 24News.ge xəbər verir ki, G.Vaşadze keçirdiyi birifinqdə bu barədə danışıb. Vaşadze bildirib ki, koronavirus böhranı ilə milli valyutanın dəyər itirməsi davam edir və bu zaman ölkədə nəyin təlaş yaratdığını bilmək lazımdır. Vaşadze bunu əsasən, anti-böhran planı barədə geniş şəkildə danışmamağı ilə əlaqələndirir. O deyib ki, Gürcüstan milli valyutası qonşu ölkələrin milli valyitası ilə müqayisədə dollar qarşısına daha çox dəyər itirib ki, bunun da səbəbi Gürcüstanda hələ də anti-böhran planının mövcud olmamasıdır. Müxalifət lideri hökümətə problemin həlli üçün üç tövsiyyə ünvanlayıb. "Brifinqlərinizin sayını azaldın, çox brifinq keçirərək böhran vəziyyəti yaratmayın. Günədlik ünvanlayacağınız çağırışlar təyin edin və bizidə güvən yaratmaq üçün inandırıcı çağırışlar edin. Çıxın və ən azından 1 həftəlik böhran planını açıqlayın ki, cəmiyyət hər gün yeni nə olacağını gözləməsin, ən azından qarşıdakı günlərdə necə davranacağımızı bilək,"-deyə Vaşadze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989