Haqqımızda Reklam
26 
Mar
2020
11:36
20
8
1254

Gürcüstanda daha üç koronavirus xəstəsi sağaldı

Ölkədə koronavirus diaqnozu qoyulan daha üç pasiyent sağalmaq üzrədir. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həmin pasiyentlərin ötən gün koronavirusla bağlı aparılan testlərinin nəticələri mənfi olub. M.Ezuqbaya qeyd edib ki, 24 saatdan sonra onlar təkrar testdən keçiriləcəklər. Qeyd edək ki, bu günə qədər ölkədə 77 nəfər koronavirusa yoluxub ki, onların 10-u artıq sağalıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989