Haqqımızda Reklam
26 
Mar
2020
11:15
11
4
1697

"Marneuli və Bolnisidəki karantinlə bağlı gəzən söz-söhbətlərə nöqtə qoyulub" Sozar Subari

Gürcüstanda yerli mətbuatın “səyləri” nəticəsində sosial şəbəkələrdə ciddi karantin rejiminin məhz Marneuli və Bolnisi rayonlarında elan olunması məsələsi ətrafında ajiotaj yaranıb. 24News.ge xəbər verir ki, baş nazirin regional məsələlər üzrə müşaviri Sozar Subari məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu tədbirlər məcburiyyətdən irəli gəlib: “Marneulidə koronavirusa yoluxma halı aşkar olundu. İlk dəfə oldu ki, həmin şəxsin yoluxma mənbəyini, virusun yayılma arealını da müəyyən etmək mümkün olmadı. Bu günə qədər ilkin mənbə aşkar olunmayıb”. S.Subari deyib ki, Marneuli və Bolnisidə karantin zonalarının yaradılması nə Novruz bayramı, nə də dil baryeri ilə əlaqəlidir. Müşavir Marneuli və Bolnisi sakinlərinə karantinlə bağlı nümayiş etdirkiləri anlayışa görə təşəkkür ifadə edib: “Bu rayonlarda kütləvi tədbirlər olmayıb və hər bir ailə Novruz bayramını öz evində qeyd edib. Etnik mənsubiyyət və dilindən asılı olmayraq bütün vətəndaşlarımız səfərbər olunub”. Qeyd edək ki, hər iki rayonda martın 23-dən ciddi karantin rejimi tətbiq olunur. (NewsBureau )

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989