Haqqımızda Reklam
25 
Mar
2020
22:42
52
15
3256

Natelaşvili Marneuli və Bolnisi sakinlərinə Azərbaycan dilində səsləndi: "Bütün Gürcüstan sizin yanınızdadır"

"Leyboristlər" partiyasının rəhbəri, Şalva Natelaşvili, Marneuli və Bolnisi sakinlərinə səslənib. 24News.ge xəbər verir ki, şəxsi facebook səhfəsində Azərbaycan dilində vətəndaşlara müraciət edən Ş,Natelaşvili bütün Gürcüstanın Marneuli və Bolnisi sakinlərinin yanında olduqlarını bildirib. "Bütün Kvemo-Kartlililərə, əsas da Marneuli və Bolnisi sakinlərinə müraciət edirəm, həm gürcülərə həmdə azərbaycanlılara ölkəmizin çox böyük əhəmiyyətli regionunda yaşayan əziz vətəndaşlarımız viruslar necə gəlirlər, elə də gedəcəklər, əsas odur ki, sanitar qaydalara riayyət edək və bir-birimizə diqqət edək. Bütün Gürcüstan sizin yanınızdadır. Allah sizləri qorusun", - deyə Şalva Natelaşvili qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989