Haqqımızda Reklam
25 
Mar
2020
21:28
15
2
1203

"Marneuli və Bolnisi rayonlarında vətəndaşların vəziyyəti sabitdir” - Nazir

“Marneuli və Bolnisidə 35 min insan tibbi yoxlanışdan keçirilib”. 24News.ge xəbər verir ki, bu barədə səhiyyə naziri Ekaterina Tikaradze bildirib. O deyib ki, yalnız 25-ə yaxın şəxs tibbi nəzarətə alınıb. Nazirin sözlərinə görə, hazırda hər iki rayonda vətəndaşların vəziyyəti sabitdir: “Əlavə müdaxilələrə və digər klinikalara çatıdırılmalara ehtiyac yoxdur. Lazım gələrsə, əlbəttə ki, pasiyentlərin sağlamlığına təhükə yaratmamaq üçün əlavə tədbirlər görüləcək”. E.Tikaradze qeyd edib ki, Marneuli və Bolnisi əhalisi üçün koronavirusu qısa zamanda müəyyən edən 1000 test çatdırılıb. Nazir deyib ki, bu testlərin vasitəsilə koronavirusu 6 saat əvəzinə yarım saata müəyyən etmək mümkündür.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989