Haqqımızda Reklam
25 
Mar
2020
18:35
212
14
127362

Gürcüstanda hər ailəyə 1000 lari verilməsi təklif olundu

Gürcüstanda hər bir ailəyə 1000 lari məbləğində pul yardımının verilməsi təklif olunub. 24News.ge xəbər verir ki, bu təkliflə müxalif Vahid Milli Hərəkat Partiyasının lideti Qriqol Vaşadze çıxış edib. O deyib ki, yaranmış ağır iqtisadi vəziyyətə görə ailələr çörəksiz qalıb və hakimiyyət öz vətəndaşlarına kömək etməyə borcludur. Müxalifətçi qeyd edib ki, bu gün ən azı 100 min ailə ağır vəziyyətə düşüb: “Hər bir ailə üçün 1000 lari məbləğində yardım ayırmaq lazımdır ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. İqtisadiyyatın hazırkı durumunu başa düşürük, amma insanların həyatı hər şeydən vacibdir”. Q.Vaşadze biznesmenləri də böhran dövründə vətəndaş məsuliyyətini dərk etməyə çağırıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989