Haqqımızda Reklam
19 
Mar
2019
15:45
10
0
1553

Prezident Salome Zurabişvilinin Marneuli səfəri (FOTO)

Prezident Salome Zurabişvili bu gün 19 mart tarixində Marneuli rayonunu ziyarət eib. 24News.ge xəbər verir ki, Prezient ilk önce Marneuli meriyasında Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli meri əvəzedicisi Zaur Tabatadze, Bələdiyyə sədri Amiran Giorgaze və yerli bələdiyyənin digər məsul şəxsləri ilə dəyirmə masa ətrafında görüş keçirib. Ölkə başçısı Marneulidə yerləşən Zurab Jvania adına gürcü dili tədris mərkəzinə baş çəkib və oradakı tələbələrin dərsləri və s. yaxından tanış olub. Ölkə başçısı tələbələrlə söhbəti zamanı, Kvemo Kartli bölgəsinin böyük inkişaf potensialına malik olduğunu və bu potensialın həm turizm, həm iqtisadi, həm də mədəni və turistik inkişaf istiqamətində mənimsənməsi lazımdır. Daha sonra Prezident Marneuli rayonun Tamarisi kəndindəki 1 nömrəli məktəbə səfər edib və oradakı məktəbin müəllimləri və şagirdləri ilə bir araya gəlib. Prezident şagirdlərə xitab edərək, gürcü dilinin əhəmiyyətindən danışıb: Bütün şagirdlər gürcü dilini mükəmməl səviyyədə bilməlidir və burada azərbaycanlılar və gürcülər eləcədə digər millətlər tolerant yaşamalıdır. Bu gün tolerantlığı bir dəyər kimi qorumaq çox vacibdir, çünki bugünkü dünyada ən böyük problemdir. Deyib Marneuli səfərinin sonunda jurnalistlərə açıqlama verən ölkə başçısı, Kvemo-Kartli bölgəsinin əhəmiyyətinə diqqət çəkib: Bu mənim bölgəyə ilk səfərimdir. Kvemo Kartli kimi çoxmillətli bir bölgədi və etnik azlıqların ictimai həyatda tez bir zamanda inteqrasiyası etmələri üçün gürcü dilinin öyrənilməsini gücləndirmək və asanlaşdırmaq çox önəmlidir. Burada, gürcülərin, azərbaycanlıların və ermənilərin mənşəyi və bu bölgədə təhsil alan eləcədə yaşadığı faktı Qafqazın ümumi dəyəri olan bu ölkədə sülh, qarşılıqlı anlaşma, hörmət və tolerantlıq var deməkdir. Marneuli səfərinin ardından Bolnisi rayona səfəri başlayıb prezidentin. Qeyd edək ki, bu Salome Zurabişvilinin ilk səfəri idi Marneuli rayona prezident seçkilərindən sonra. 20 mart tarixində isə ölkə başçısı Qardabani rayona səfəri olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989