Haqqımızda Reklam
19 
Mar
2019
14:39
1
2
473

İrakli Sessiavşilinin qanun lahiyəsinin müzakirəsi təxirə salınıb

Din qulluqçularının hərbi xidmətdən möhlət ala bilməməsini nəzərdə tutan qanun lahiyəsinin müzakirəsi təxirə salınıb. 24News.ge xəbər verir ki, məcburi hərbi xidmətlə əlaqədar millət vəkili İrakli Sesiaşvilinin hazırladığı qanun lahiyəsinin müzakirəsi təxirə salınıb. Parlamemtin müdafiə və təhlükəsizlik komitəsinin sədri millət vəkili İrakli Sesiaşvili bu barədə bu gün parlamentdə keçirilən büro iclasında məlumat verib. Onun sözlərinə görə qanun lahiyəsinin üzərində işlər davam etdiriləcək: “Lahiyə müxtəlif fikir ayrılıqlarına səbəb oldu və belə mənzərə yaratdılar ki, guya hansısa dini quruma daha çox üstünlük vermişik. Lakin mənim məqsədim hansısa dini quruma üstünlük verib digərlərini aşağıda görmək deyil. Hərbiyə çağırış sistemi çox ciddi problemlər yaratdı. Səbəb isə budur ki, bəzi dini qurumlar qanundakı bu boşluqdan qeyri vicdani istifadə edirlər. Buna görə mənim lahiyəm buna əsalanırdı. Cəmiyyətdə fikir ayrılığı yarandı və elə güman edildi ki, bu qanunda hansısa diskriminasiya əlamətləri var belə olan təqdirdə bütün həmkarlarımı, siyasi partiyaları bu lahiyə üzərində danışıqları davam etdirməyə çağırıram“, -deyə Irakli Sesiaşvili bildirib. Qeyd edək ki, İrakli Sesiaşvilinin qanun layihələrinin qısa məzmunu belədir: Birinci, Xristian dininin, ortodoks ruhaniləri (din xadimi, kilsə qulluqçusu) üçün hərbi xidmət məcburi deyil, lakin başqa dinin nümayəndələri üçün məcburdur. İkinci: Gürcüstanda əkinçilik üçün nəzərdə tutulan əraziləri Gürcüstan vətəndaşı başqa bir ölkənin vətəndaşına miras qoymaq üçün həmin başqa ölkənin vətəndaşı etnik cəhətdən Gürcü olmalıdır. Gürcüstan vətəndaşı olan azərbaycanlı (Türk), başqa ölkə vətəndaşı olan oğluna əkinçilik üçün nəzərdə tutulmuş əraziyi miras goyabilməz, amma eyni şeyi gürcü edəbilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989