Haqqımızda Reklam
19 
Mar
2019
14:05
2
0
576

Birinci sinif şagirdlərinin qeydiyyatında dəyişikliklər edildi

Xüsusi maarifləndirməyə ehtiyacı olan uşaqların maraqlarından irəli gələrək 2019-2020 tədris ili üçün məktəblərdə birinci sinif şagirdlərinin qeydiyyatında dəyişikliklər edildi. 24News.ge birinci kanala istinadən xəbər verir ki, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən keçirilən brifingdə bildirilib. Nazirlik bildirib ki, cənab nazirin qərarı ilə qeyd olunan kateqoriaya aid uşaqlar üçün qeydiyyatın birinci mərhələsi 2019-cu ilin martın 25-də başlayır və aprelin 5-də başa yekunlaşır: “Bu müddət ərzində valideynlər məktəblərə müraciət etməlidirlər. Xüsusi maarifləndirməyə ehtiyacı olmasının təsdiq edilməsi məqsədi ilə valideyin məktəbdə nazir tərəfindən təsdiq olunmuş ərizə formasını doldurur. Qeyd olunan forma məktəbdən nazirliyə göndəriləcək. Bundan sonra 8-22 mart daxil olmaqla, uşağın xüsusi maarifləndirməyə ehtiyacı olduğu müəyyənləşdiriləcək”. Xüsusi maarifləndirməyə ehtiyacı olduğu təqdirdə uşaq məktəbə qəbul olunacaq. Xüsusi maarifləndirməyə ehtiyacı olduğu təsdiqlənmədiyi təqdirdə, valideyinlər növbəti mərhələdə qeydiyyatdan keçirə bilərlər öz övladlarını həmçinin xüsusi maarifləndirməyə ehtiyacı olan şagird kimi uşaq, qarşıdakı məyarlara görə hesab olunacaq: “Fiziki məhdudiyyət, intelektual inkişafın pozulması, oxuma qabiliyyətinin pozulması, sensor inkişaf pozuntusu (eşitmə/görmə), tələffüs inkişafı pozuntusu, davranış pozuntusu, uzunmüddətli hospitallaşdırma lazımlılığı, autizm spektri varsa”,-Deyə bildirilib Nazirliyin keçirdiyi brifingdə Nazirliyin məlumatına əsasən, qeydiyyatın ikinci mərhələsi may ayının 2-dən 17-si də daxil olmaqla mümkündür və məktəblərdə qeydiyyatdan qardaş-bacısı həmin məktəbdə oxuyan, və ya valideynləri qeyd olunan məktəbin əməkşdaları olan uşaqlar keçəcəklər. Üçüncü, ümumi qeydiyyat may ayının 21-dən iyunun 12-i də daxil olmaqla həyata keçiriləcək. Sənədlərin təqdim edilməsi 13 iyundan iyunun 21-dək lazımdır. Qeydiyyat “www.emis.ge” saytında həyata keçiriləcək. Qeyd olunan müddət ərzində sənədlərin təqdim olunmaması təqdirində qeydiyyat avtomatik olaraq ləğv olunacaq. Beşinci mərhələ – boşalan yerlərə qeydiyyat və sənədlərin təqdim olunması 25 iyundan 5 iyun daxil olmaqla mümkündür. Deyə bildirilib nazirlik

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989