Haqqımızda Reklam
19 
Mar
2019
11:14
9
2
704

Prezident bu gün Marneuliyə səfər edəcək

Prezident Salome Zurabişvili bu gün 19 mart tarixində Marneuliyə səfər edəcək. Bu barədə 24News.ge xəbər portalına məlumat prezidentin mətbuat xidmətindən verilib. Məlumata görə, səfər çərçivəsində dövlət başçısı yerli sakinlərlə görüşəcək və istehsal müəssisələrinə baş çəkəcək. S.Zurabişvilinin Kvemo Kartli bölgəsinə səfərinin məqsədi yerli inkişaf prosesləri ilə tanış olmaq və seçkiöncəsi vədlərinə uyğun olaraq bölgələrinin inkişafına dəstək verməkdir. Prezident həmçinin Marneuli rayonunun Tamarisi kəndində müəllim və məktəblilərlə görüşəcək, müasir avadanlıqla təchiz olunmuş istixana, Bolnisi rayonunda Diyarşünaslıq Muzeyi, Katarinenfeld alman məhəlləsi və eko-miqrant qadınların pendir istehsalı müəssisəsinə baş çəkəcək. S.Zurabişvili bölgəyə səfərini martın 20-də Qardabani rayonunda başa vuracaq və azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989