Haqqımızda Reklam
18 
Mar
2019
19:52
7
1
1365

Gürcüstan-Azərbaycan sərhədi Qırmızı-körpüdə sıxlıq (FOTO)

Gürcüstan ilə Azərbaycan arasında ən çox istifadə olunan Qırmızı-körpü sərhəd keçid məntəqəsində sıxlıq müşahidə olunub. 24News.ge xəbər verir ki, sıxlıq hər iki tərəfdə qeydə alınıb. Mövcud məlumata görə, 18 mart axşam saatlarından həm avtomobil, həm də piyada keçid məntəqəsində uzun növbələr yaranıb. Buna səbəb kimi isə paytaxt Tbilisidə təhsil alan və qonaq olan Azərbaycan vətəndaşlarının ölkələrinə qayıtmaları eləcədə Gürcüstan azərbaycanlılarının bayram münasibətilə qonşu ölkəyə səyahat etmələri göstərilir. Əldə edilən məlumata görə, Qırmızı Körpüdə sıxlıq olmasına baxmayaraq hər iki tərəfin gömrükçüləri yaranan vəziyyəti aradan qaldırmaq üçün ciddi iş rejimi ilə fəaliyyət göstərirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989