Haqqımızda Reklam
18 
Mar
2019
15:20
11
3
582

Qrigol Vaşadze: Dini zəmində diskriminasiya tamami ilə qəbul edilməzdir

“Dini zəmində diskriminasiya tamami ilə yolverilməz və qəbul edilməzdir”. 24News.ge xəbər verir ki, bunu Vahid Milli Hərəkat partiyasının keçirilmiş prezident seçkilərinə namizədi Qrigol Vaşadze, Müdafiə və Təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvilinin təşəbbüsü ilə irəli sürülən qanun layihəsini şərh edərkən bildirib. O, deyib ki, bu cür qanun layihəsi yalnız beyinsiz və bir hüceyrəli insanlar tərəfindən hazırlanıb: “Ən əlasını istəyirdilər amma həmişə olduğu kimisi alındı. Misalını hakim “Gürcü Arzusu” üçün deyiblər. Orduya diqqət lazımdır və güya ki, hakimiyyət bu orduya diqqət ayırmır. Bu səbəbdən çağırışçını hərbi xidmətdən saxlamaq məqsədi ilə müxtəlif diyni təşkilatlar yarandı və artmağa başladı. Lakin buna baxmayaraq yaranan qanun lahiyəsi də ağılsız və bir hüceyrəli insanlar tərəfindən yazılmış qanun lahiyəsidir. Bu qanun layihəsini bu cür irəli sürmək olmaz. Əlbətdə hər bir vətəndaş dövlət qarşısında öz borcunu ödəməlidir. Elə bir ölkə yoxdur ki, orada kimsə dini baxışına görə məcburi hərbi xidmətdən boyun qaçıra. Bunun üçün alternativ işlər var lakin dini zəmində diskriminasiya tamamı ilə qəbuledilməzdir, -deyə Qriqol Vaşadze qeyd edib. 18 mart tarixində Parlamentə millət vəkili İrakli Sesiaşvilinin qanun lahiyəsi təqdim olunacaq. Qanun qəbul olunarsa gürcü kilsəsi qulluqçularından başqa digər dini qurumların işçiləri hərbi xidmətdən yayına bilməyəcəklər. Qeyd edək ki, İrakli Sesiaşvilinin qanun layihələrinin qısa məzmunu belədir: Birinci, Xristian dininin, ortodoks ruhaniləri (din xadimi, kilsə qulluqçusu) üçün hərbi xidmət məcburi deyil, lakin başqa dinin nümayəndələri üçün məcburdur. İkinci: Gürcüstanda əkinçilik üçün nəzərdə tutulan əraziləri Gürcüstan vətəndaşı başqa bir ölkənin vətəndaşına miras qoymaq üçün həmin başqa ölkənin vətəndaşı etnik cəhətdən Gürcü olmalıdır. Gürcüstan vətəndaşı olan azərbaycanlı (Türk), başqa ölkə vətəndaşı olan oğluna əkinçilik üçün nəzərdə tutulmuş əraziyi miras goyabilməz, amma eyni şeyi gürcü edəbilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989