Haqqımızda Reklam
18 
Mar
2019
13:24
8
3
1574

Parlamentdə dava düşüb deputatlar əlbəyaxa olublar (VİDEO)

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin iclasında fiziki qarşıdurma baş verib. 24News.ge xəbər verir ki, iclas zamanı Avropalı Gürcüstan Partiyasından olan deputat Otar Kaxidze və çoxluq üzvü İrakli Beraya arasında mübahisə yaranıb. O.Kaxidze İ.Berayaya vərəqələr atıb. Yaranmış vəziyyətə nəzarətçilər müdaxilə ediblər. Hüquqi məsələlər üzrə komitənin iclasında çoxluğun hakimlərin seçilməsi qaydalarına dair qanun layihəsi müzakirə olunur. Deputatlar arasında mübahisəyə məsələyə baxılma proseduru səbəb olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989