Haqqımızda Reklam
22 
Mar
2020
16:29
16
5
2865

Marneulidə koronavirusa yoluxmuş qadınla ünsiyyətdə olanlar karantinə alınır

Bir neçə gündür ki, Marneuli "Geo-Hospital" klinikasına yerləşdirilmiş vətəndaşda koronavirus aşkar edildikdən sonra, onun bu günlər ərzində ünsiyyətdə olduğu şəxslərin müəyyənləşdirilməsinə başlanılıb. 24News.ge xəbər verir ki, artıq xəstə ilə təmasda olmuş bir neçə həkim özünü tədric (ev şəraitində karantin) rejimjnə keçib. Hal-hazırda klinikada mühafizə xidməti ciddi nəzarət sistemi tətbiq edib. Xəstənin kimlərlə ünsiyyətdə olduğu araşdırılır. Onun Azərabycandan gələn bacısı ilə ünsiyyətdə olduğu və bundan sonra koronavirusa yoluxduğu deyilir. Qeyd edək ki, az öncə Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri, Amiran Qamkrelidze Marneulidə bir qadında koronavirusun aşkar olunduğunu təstiqləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989