Haqqımızda Reklam
22 
Mar
2020
14:05
15
4
4620

Marneulidə koronavirusa yoluxan qadından xəbər var...

Marneulidə bu gün koronavirus diaqnozu qoyulan pasiyentlərdən biri Marneuli sakini olan azərbaycanlı qadındır. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb. Məlumata əsasən, həmin şəxs dörd gün öncə pnevmoniya diaqnozu ilə Marneulidəki xəstəxanalardan birinə yerləşdirilib. Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Marneuli bölməsindən bildirilib ki, koronavirus infeksiyasına yoluxan orta yaşlı qadın Azərbaycandan gələn bacısı ilə kontakda olub. Hazırda pasiyentin kontakda olduğu bütün şəxslər müəyyən olunur. Qeyd edək ki, Gürcüstanda koronavirusa 54 yoluxma halı təsdiqlənib. Pasiyentlərin üçü tam sağalıb. Karantində 2 956, stasionar nəzarətdə isə 291 nəfər saxlanılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989