Haqqımızda Reklam
15 
Mar
2019
18:23
7
0
378

Kaxa Kaladze: Tbilisi mütləq həyat dolu bir şəhər olacaq

Tbilisi mütləq həyat dolu bir şəhər olacaq, yaxın zamanlarda həm inşaat, həm ekologiya və nəqliyyat məsələləri həll olunacaq. 24News.ge xəbər verir ki, bu sözləri Tbilisi meri Kaxa Kaladze keçirdiyi birifinqdə deyib. “Bugün tarixi olaraq, əhəmiyyətli bir gündür, çünki bu gündən etibarən Tbilisinin yeni bir planı var. Bu əhəmiyyətli gün ilə bütün Tbilisililəri təbrik edirəm” – və bu şəhər inkişafının konstruksiyasıdır. Kaxa Kaladze qeyd edib ki, bu plan paytaxtın düzgün və uzun müddətli inkişafını təmin edəcək. “İllərdir yığılan səhvləri bir əl hərəkəti ilə həll edə bilmərik, ancaq bu plan Tbilisinin inkişafının başlamasının yeni bir yolu olacaq” Onun dediyinə görə, Tbilisi mütləq həyat dolu bir şəhər olacaq, həm inşaat, həm ekologiya və nəqliyyat məsələləri həll olunacaq. “Hamımız bu şəhərdə yaşayırıq və onun daha yaxşı olmasını istəyirik. Bunun üçün biz əlimizdən gələni edirik və etməyə davam edəcəyik ki, övladlarımız həyat dolu və gözəl şəhərdə yaşasınlar” deyə Kaxa Kaladze bildirib. Mənbə 1TV

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989