Haqqımızda Reklam
15 
Mar
2019
06:55
30
1
2689

Nino Burcanadze: İvanişvili Saakaşvilini hakimiyyətə qaytarır

Gürcü Arzusu Partiyası bir neçə ildir ki çətin anlar yaşayır. 24News.ge xəbər verir ki, bunu “Sputnik Gürcüstan”a açıqlamasında Gürcüstanın eks-spikeri Nino Burcanadze deyib. “Prezident seçkisində o, faktiki olaraq birinci turu uduzdu. İkinci turda İvanişvişli Gürcüstan üçün həddən artıq böyük olan 100 milyon dollar vəsaiti xərcləyərək, seçkinin taleyini dəyişdirdi. Burada həmçinin xalqın Mixail Saakaşviliyə münasibəti də rol oynadı. Zurabişvili və İvanişvilinin komandasına səs vermək istəməyənlər sadəcə seçkidə Vahid Milli Hərəkata səs verdilər. Hətta mənim yaxın ətrafım, o cümlədən Siyasi Şuramın üzvləri Zurabişviliyə Saakaşvilinin partiyasının güclənməməsi üçün səs verməyə getdilər. Bu, əslində Gürcü Arzususunun qələbəsi kimi göründü, amma praktik olaraq bu, məğlubiyyətin başlanğıcı idi. Onlar artıq konstitusion çoxluqlarını itiriblər. Əgər 2020-ci ildə İvanişvili seçkini saxtalaşdırmaq istəsə, bu, inqilabla bitəcək ki, o da Saakaşvilinin qayıtmasına səbəb olacaq”, – deyə o bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989