Haqqımızda Reklam
14 
Mar
2019
19:43
6
0
729

Gürcüstan rekord həddə alma ixracı həyata keçirib

2019-cu ildə Gürcüstan bir ayda xaricə 847 ton alma ixrac edib. 24News.ge məlumatına görə, bu barədə East fruit nəşri məlumat yayıb. Məlumata görə, Gürcüstan müstəqillik tarixində rekord həddə alma ixrac edib. Müqayisə üçün 2018-ci ilin yanvarında Gürcüstandan xaricə 6 ton alma çıxıb bu da o, deməkdir ki, keçən illə müqayisədə ölkə 140-dəfə artıq alma ixracı həyata keçirib. Fao-nun iqtisadiyyatçısı Andrey Yarmakın sözlərinə görə, Gürcüstandan ixrac edilən almaların 92% məhz Rusiya bazarına gedir: “Mövsümün birinci yarısında Gütcüstan artıq 2,6 min ton alma satıb bu da ki, keçən mövsümlə müqayisədə 30-dəfə artıq deməkdir. O, eləcədə əlavə edib ki, Gürcüstandan Rusiyaya ixrac edilən almanın miqdarı təqribən 100%-dır”. Bununla yanaşı Rusiyadan başqa alma Azərbaycana, Ukrayna və Ermənistana, nisbətən az miqdarda isə Qazaxstana ixracı edilib. Deyə o, əlavə edib

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989