Haqqımızda Reklam
14 
Mar
2019
13:55
2
12
792

Paşinyan prezidentə “Çinar”da başqa xalqların yeməyini erməni yeməkləri kimi təqdim edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Salome Zurabişvilinin şərəfinə dünən İrəvanda ziyafət verib. 24News.ge xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, ziyafətdə 21 nəfər iştirak edib. Agentlik baş nazirin Zurabişvilinin şərəfinə təşkil etdirdiyi ziyafətdə erməni yeməkləri adı ilə bir neçə yeməyi təqdim edib. Məsələ odur ki, Paşinyan İrəvanda Zurabişvilini “Çinar” restoranına dəvət edib. Üstəlik, bu restoranda Zurabişvili üçün açılan masada imambayıldı, humus, pendirlərdən assorti, yarpaq, kələmi və pomidor dolması, sobada bişmiş dana əti yer alıb. Agentliyin açıqlamasına görə, Zurabişvili üçün hazırlatdırılan yeməklər arasında yarpaq dolması prezidentin daha çox xoşuna gəlib. Siyahıda yer alan imambayıldı türk mətbəxinin məhsulu kimi tanınır, amma Ermənistanda da bu yeməkdən istifadə edilir. Humusa gəlincə isə bu, daha çox yəhudi və ərəb mətbəxinə aiddir. Dolma haqda isə geniş danışmağa ehtiyac yoxdur onun adı hərşeyi izah etməyə yetərlidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989