Haqqımızda Reklam
14 
Mar
2019
07:18
7
0
635

Kazım Qəhramanov: “Levan İzoriyadan başqa yerə köçürülməyimi xahiş edirəm“

Müdafiə Naziri Levan İzoriyadan başqa yerə köçürülməyimi xahiş edirəm. 24News.ge xəbər verir ki, bu sözləri Rustavi2 televiziyasına müsahibəsində martın 11-də Krtsanisi hərbi hissəsində döyülən əskər Kazım Qəhramanov deyib. Buna səbəb isə o, bildirib ki, Krtsanisi hərbi bazasında döyüldüyü halda əsgərdən geri qayıtmağını tələb ediblər. Əsgər qeyd edib ki, Krtsanisi hərbi hissəsinə qayıtmaq istəmir və Müdafiyə nazirindən başqa yerə köçürülməsini xahiş edir: “Nazir Levan İzoriyadan başqa yerə köçürülməyimi xahiş edirəm. Orda baş verənlərdən sonra bir daha ora qayıtmaq istəmirəm. Bilirəm ki , hər kəs məni lağ obyektinə çevirəcək. Həyacanlıyam. İndi ayaq üstə durarkən belə özüme pis hiss edirəm“-deyə Kazım Qəhrəmanov bildirib. Müdafiyə nazirindən təhlükəsizlik zəmanətini Kazımın atası da tələb edir. O, deyir ki uşağını Krtsanisi hərbi hissəsinə buraxmayacaq. Qəhrəmanovun sözlərinə görə əyər oğlu başqa hərbi hissəyə göndərilməsə aksiyaya başlayacaqdır. Eldəniz Qəhrəmanovun sözlərinə görə Kazım o, qədər qorxub ki, gecə yatarkən yuxuda bağırmağa başlayır. Belə olan təqdirdə o, oğlunu həmin hərbi hissəyə buraxmaqdan imtina edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989