Haqqımızda Reklam
14 
Mar
2019
07:01
7
3
968

Ərdoğan: Netanyahu, özünə gəl!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu fələstinli uşaqların qətlində ittiham edib. 24News.ge RİA Novosti-yə istinadən xəbər verir ki, Ərdoğan Netanyahunun fələstinli uşaqların qanını tökdüyünü söyləyib, Əl-Əqsa məscidinə müsəlmanların girişinin qadağan edilməsini və 5 fələstinlinin həbs olunmasını pisləyib. “Qüdsü unutmayacağıq. Hamı sussa da, biz susmayacağıq, son nəfəsimizə qədər İslam aləmi üçün çox önəmli və mübarək şəhər olan Qüdsün ədalətlə idarə olunması üçün mübarizə aparacağıq” 1967- ci ildə baş vermiş altı günlük müharibədən sonra Şərqi Qüds İsrailin nəzarəti altına keçib. Şərqi Qüdsdə hər üç səmavi din üçün müqəddəs olan bir çox ərazilər və tarixi abidələr vardır. Ağlama divarı, Məbəd dağı və Əl-Əqsa məscidi kimi müqəddəs məkanlar Şərqi Qüds ərazisində yerləşir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989