Haqqımızda Reklam
14 
Mar
2019
06:56
4
5
862

Salome Zurabişvili: “Ermənilər və Azərbaycanlılar Gürcüstanda sülh içində yaşamalıdır”

“Ermənilər və azərbaycanlılar Gürcüstanda sülh içində yaşamalıdır”. 24News.ge “news.am”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili erməni həmkarı Armen Sarkisyanla görüşdən sonra deyib. “Yaşadığımız regionda sülh və stabillik həlledici rol oynayır. Bu, regionun və ölkələrimizin iqtisadi inkişafı üçün əsas şərtdir”, - deyə S.Zurabişvili vurğulayıb. Prezident bildirib ki, regionda mövcud olan münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həlli vacibdir. Onun sözlərinə görə, münaqişələr ölkələrin inkişafını ləngidir və onlar dialoq və danışıqlar yolu ilə həll edilməlidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989