Haqqımızda Reklam
14 
Mar
2019
06:55
15
0
1840

Marneulidə 19 ictimai məktəbin təmiri və 8 yeni məktəbin inşası planlaşdırılır - Kəndlərin adları açıqlandı

Marneuli bələdiyyəsində 19 ictimai məktəbin bərpası və təmiri planlaşdırılır. Bərpa və təmir işləri üçün büdcədən 1 820 000 lari vəsait də ayrılıb. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Marneuli meriyasının maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov 11 mart tarixində bələdiyyə məclisi iclasında deyib. Onun sözlərinə görə, bərpa işlərinin müəyyən hissəsi “kəndə dəstək proqramı” çərçivəsində maliyyələşir. Məktəblərdə həyata keçiriləcək əsas işlər dam örtüyünün dəyişdirilməsi, sanitar qovşağın bərpası, qapı-pəncərələrin dəyişdirilməsi, döşəmənin yenilənməsi və istilik sisteminin qurulmasıdır. Təmir işlərinin aparılacağı məktəblər isə Araflı, Yuxarı Saral, İmir, Yuxarı Qullar, Kurtlar, Qaçağan, Böyük Muğanlı, Ağməmmədli, Beytarabçı, Dəmyə-Görarxı, Maradisi, Saimerlo, Qırmızıkənd, Tamarisi, Marneulinin dörd saylı ictimai məktəbi, Şulaver 1 saylı ictimai məktəbi, Qızılhacılı kəndində yerləşən 2 saylı ictimai məktəbi və Tsereteli məktəbləridir. Xatırladaq ki, Marneulidə müxtəlif kəndlərdə məktəblərin inşası da planlaşdırılır. Bunlar Tsopi, Şulaver (2 saylı məktəb), Qızılhacılı (2 saylı) məktəbi, Qasımlı, Kirovka, Xuldərə, Candar, Sabirkənd məktəbləridir. Mənbə: Ona.az

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989