Haqqımızda Reklam
13 
Mar
2019
21:52
3
1
561

Tbilisidə 20 ailəyə yaşayış evləri simvolik olaraq 1-lariyə veriləcək

Mənzillərin qanuniləşdirilməsi layihəsi çərçivəsində, Tbilisidə yaşayış evləri bugün 20 ailəyə simvolik qiymətə – bir lariyə verildi. 24News.ge xəbər verir ki, paytaxt meri bugünki iclasda qeyd edib ki, bu ailələrdən 18 Çiçinadze küçəsində yaşayır, biri Varketilinin 3-cü mikrorayonunda, biri də Vazisubaninin 1-ci Mikrorayonunda. “Bu insanlar illərdir öz evlərində yaşayırlar və müəyyən bürokratiya problemlərinə görə, evlərini qanuniləşdirə bilmirdilər. Biz bu layihə çərçivəsində bir çox insana simvolik qiymətə yaşayış mənzillərini verəcəyik” – deyə Kaxa Kaladze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989