Haqqımızda Reklam
13 
Mar
2019
15:00
3
0
468

Gürcüstanın aviaşirkəti artıq Rusiyaya uçuş edə biləcək

Gürcüstanın Myway aviaşirkəti artıq Rusiyaya uçuş edəcək. Aviaşirkət 26 aprel tarixindən etibarən Jukovskiy hava limanında fəaliyyətə başlayacaq. 24News.ge xəbər verir ki, bu barədə birinci kanala aviaşirkətin rəhbəri İqor Aptsiuri bildirib. Onun sözlərinə görə, aviaşirkət artıq Rusiyanın aviasiya qurumundan icazə alıb və şirkət təqribən bir ildir ki, bunu gözləyirdi. İqor Aptsiuri həmçinin qeyd edib ki, təyyarənin uçuşları həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri gərçəkləştiriləcək: İyul ayından etibarən isə çərşənbə günü daha bir uçuş əlavə ediləcəyi planlaşdırılır. Qeyd edək ki, İndiyə qədər “Myway” aviaşirkəti bundan öncə yalnız Tel-Əviv istiqamətində uçuşlar həyata keçirmişdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989