Haqqımızda Reklam
12 
Mar
2019
07:28
6
0
594

Ölkə aeroportlarından sərnişinlər ən çox hara uçurlar?

Ötən illərlə müqayisədə 2018-ci ildə Gürcüstan aeroportlarından 23 faiz daha çox sərnişin istifadə edib. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın mülki aviasiyası xidməti yayıb. Məlumata görə Gürcüstanın Avropa ilə arasında vizasız rejim olsa da, hələ də ən populyar istiqamət Rusiya olaraq qalır. Gürcüstanın mülki aviasiyası tərəfindən təqdim olunan statistikaya əsasən, 2017-ci ildə Gürcüstan aeroportlarından 4 milyon 074 min nəfər sərnişin istifadə edib. 2018-ci ildə isə bu rəqəm 5 milyon 033 min nəfəə yüksəlib, bu barədə «Businesspressnews» yazır. Tbilisi aeroportundan ən çox uçulan beş ölkə arasında bircə dənə də Şengen zonası ölkəsi yoxdur 1) Rusiya 2) Türkiyə 3) İran 4) BƏƏ 5) Ukrayna Kutaisi aeroportunda mənzərə tamam fərqlidir – ən populyar beş istiqamətin hamısı Şengen zonasınadır: 1) Almaniya 2) Polşa 3) İtaliya 4) Yunanıstan 5) Macarıstan Səbəb ondadır ki, Avropanın ən iri ucuz aviaşirkətlərindən biri – Wizz Air Kutaisidən uçur. Avropaya Kutaisidən uçuşlar Tbilisidən xeyli ucuz başa gəlir. Bu gün Wizz Air Kutaisidən 21 Avropa şəhərinə uçuş həyata keçirir. 2017-ci ildə Gürcüstana Avropa ölkələrinə vizasız səyahət haqqı verilib, Avropaya səyahət edən insanların axını əhəmiyyətli dərəcədə artıb. 2018-ci ildə Batumidən ən çox uçulan istiqamətlərə gəlincə, bunlar aşağıdakılardır: 1) Rusiya 2) İsrail 3) Türkiyə 4) Ukrayna 5) Belarus Qeyd edək ki, (Statistikaya həm gediş, həm gəliş reysləri daxil edilib) Mənbə: Jamnews

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989