Haqqımızda Reklam
26 
Fev
2020
17:04
8
4
514

NDI prezidentinə Kvemo Kartlidəki problemlərlə bağlı məlumat verilib

25 fevral tarixində, Milli-Demokratiya İnstitutunun (NDI) prezidenti Derek Mitçel və NDI-nin Avrasiya Proqramının direktoru Laura Jevit ilə NDI-ın kiçik qrantlar müsabiqəsini qazanan təşkilatların nümayəndələri ilə görüş keçirib. 24News.ge-nin xəbərinə görə, görüşdə Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC) rəhbəri Rəşan Ziyadaliyev NDI-ın prezidentinə Kvemo Kartlidəki problemlər barədə məlumat verib. Mərkəz rəhbəri Kvemo-Kartli bölgəsində mövcud olan problemlərdən, anti-qərb təbliğatından, Marneuli bələdiyyəsinin büdcəsindən və Marneuli Bələdiyyə Şurasının fəaliyyəti haqqında da D.Mitçele söhbət edib. Görüş çərçivəsində eyni zamanda polislər tərəfindən özünü saxlanılması və bu yöndə baş verən hadisələr eləcə də məhkəmə prosesləri barədə söhbət olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989