Haqqımızda Reklam
26 
Fev
2020
13:56
0
1
505

Vitse-spiker ABŞ səfirliyinin təşkil etdiyi iqtidar-müxalifət görüşündən danışdı: "Müxalifət heç özləri öz aralarında razılığa gəlməyib"

"Müxalifət heç özləri öz aralarında razılığa gəlməyib, naharda hansı razılaşmadan söhbət gedir?". 24News.ge xəbər verir ki, bu sözləri parlamentin vitse-spikeri və hakim "Gürcü Arzusu"nun aparıcı üzvlərindən biri olan Gia Volskiy ötən gün ABŞ səfirliyi tərəfindən təşkil edilmiş iqtidar-müxalifət görüşünə münasibət bildirərkən deyib. "Hamı o barədə fikirləşməlidir ki, ölkədə sabitlik ABŞ və Avropa İttifaqının kəskin şəkildə maraqlarına daxildir. Bundan qaynaqlanaraq Gürcüstanda sağlam siyasi proseslərin baş tutmasının beynəxalq dostluq tərəfindən maraqla qarşılanması təbii haldır",-deyə G.Volski bildirib. Vitse-spikerin düşüncəsinə görə, müxalifət ölkədə qarşıdurma yaratmağı planlayır. "100/50 (100 proporsional mandat, 50 proporsional -red) sistemi bizim üçün hesablanmayıb və bu proporsional sistemin maksimum şəkildə təmin edilməsidir. Təəssüflər olsun ki, ölkədə qarşıdurma yaratmaq müxalifətin maraqlarında olması ilə bağlı şübhələr var",-deyə o vurğulayıb. Xatırladaq ki, ötən ABŞ-ın Gürcüstan səfirinin müavini Elizabet Rud hakim partiyanın və müxalifətin liderlərini bir səfirliyin binasında bir araya gətirərək nahar süfrəsi açıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989