Haqqımızda Reklam
26 
Fev
2020
12:20
5
0
671

Nazir Çin və İranla hava uçuşlarının dayandırılmasından sonra Gürcüstana dəyən ziyanı açıqladı

"Koronavirus Gürcüstanda turizm gəlirlərinin xeyli azalmasına səbəb olub". 24News.ge-nin verdiyi xəbərə görə, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib. Nazirin sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar Çinə və İrana birbaşa aviareyslərin dayandırılması səbəbindən Gürcüstanın turizm gəlirləri hər ay 30 milyon lari azalır. Nazir deyib ki, bu gün dünya ölkələri koronavirusdan əziyyət çəkir. Qlobal iqtisadiyyat, ticarət, turizm və digər sahələr ciddi maliyyə itkiləri ilə üz-üzədir. Gürcüstan hökuməti də bundan əziyyət çəkir. “Gürcüstan hökuməti üçün əhalinin sağlamlığı daha vacibdir və biz insanlarımızın sağlamlığı üçün bütün imkanları səfərbər etmişik”,-deyə N.Turnava vurğulayıb. Bu arada xatırladaq ki, Gürcüstan ölümcül koronavirus təhlükəsiz ilə bağlı ilk öncə Çinlə daha sonra isə İranla hava uçuşlarını müvəqqəti olaraq dayandırıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989