Haqqımızda Reklam
24 
Fev
2020
22:09
8
4
1284

Marneulidə 5 ədəd kənd təsərrüfatı texnikası (traktor) pulsuz xidmət göstərəcək (FOTO)

Marneuli Munisipaliteti, sosial cəhətdən müdafiəsiz ailələrə müvəqqəti istifadə ediləcək 5 ədəd kənd təsərrüfatı texnikası (traktor) ilə pulsuz xidmət göstərəcək. 24News.ge xəbər verir ki, Marneulinin meri, Zaur Darğallı və müavini Laşa Lobcanidze torpaqların becərilməsi ilə bağlı əkin sahəsində olublar. Bir neçə il əvvəl, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti „SOCAR“ tərəfindən, Gürcüstan və Azərbaycan arasında çoxəsrlik dostluq münasibətləri memorandumuna uyğun olaraq Kvemo-Kartlinin Dövlət Qəyyumu İdarəetməsinə təhvil verilmiş - 18 ədəd kənd təsərrüfatı texnikası, Munisipalitetlərə müvəqqəti istifadəyə verilib. Sözügedən proqramnan 100 000-ə qədər sosial xalı olan ailələr faydalanaraq, layihə çərçivəsində 0,5 hektar kənd təsərrüfatı sahəsi becərirlər. Merin tapşırığına əsasən, proqram birbaşa olaraq munisipal QKHT "Supta Marneuli" tərəfindən həyata keçirilir. Qeyd edək ki, Marneuli Meriyası 2017-2018 illərdə bu sahədə 277 ailəyə kömək edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989