Haqqımızda Reklam
24 
Fev
2020
18:27
2
4
762

Siqaretin qiyməti artacaq? - Nazir açıqladı

Maliyyə Naziri İvane Macavariani tənbəki məhsullarının qiymət artımı barədə yayılan xəbərlərə münasibət bildirib. 24News.ge xəbər verir ki, nazir qiymət artımın olmadığına vurğu edərək yayılan xəbərləri əsassız adlandırıb. "Tənbəkinin bahalaşması barədə xəbərlər həqiqəti əks etdirmir. Assosiasiya saizişi və Avropa İttifaqı ilə aksiz vergilərin bərabərləşdirilməsi barədə öhdəlik götürmüşük. Bunun ilk vaxtı 2022-ci ilə planlaşdırılırdı. Ancaq daha sonra bu müddəti 2026-cı ilədək uzatdıq. Əminəm ki, bu müddət daha da uzadılacaq. Bizim biznes sektorundakılarla da yaxın münasibətlərimiz var. Onlara qarşıdakı iki ilin planını təqdim etmişik",-deyə nazir bildirib. Qeyd edək ki, yayılan məlumatlara görə 1 paket tütün məhsulunun qiymətinin bahalaşaraq təqribi olaraq 15 lari təşkil edəcəyi qeyd olunurdu.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989