Haqqımızda Reklam
24 
Fev
2020
16:41
13
6
1794

Mirtəqi Əsədova səfir vəzifəsi verildi

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri və şeyxi Seyid Mirtəqi Əsədov, Almanyanın paytaxtı Berlin şəhərində yerləşən "House of One" (Tək evin, Məscid, kilsə və Sinaqoq bir arada) Vəqfi tərəfindən layihə səfiri olaraq təyin olunub. Bu barədə 24News.ge xəbər portalına ÜGMADİ tərəfindən məlumat verilib. Bildirilib ki, sözügedən məsələylə əlaqədar rəsmi sənəd və məktub daxil olub. Məktubda deyilir: "Şeyx Mirtəqi Əsədov 'Bir Evin' layihə səfiri olaraq dünyada dinlərin dinc yanaşı yaşaması fikrini yayan hər kəsdən hörmət qazanır. Buna görə hörmətli şeyx Mirtəqi Əsədovla əməkdaşlığımız çox vacibdir - 'Bir Evin' ruhunda bir layihə səfiri olaraq işləmək eyni dərəcə də böyük məsuliyyətdir. 'Bir Evin' fondunun qəyyumlar şurası tərəfindən o layihə səfiri olaraq təyin olunub".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989