Haqqımızda Reklam
24 
Fev
2020
16:27
2
0
367

Mərkəz rəhbəri: "Koronavirusla əlaqədar ola bilər ki, Tehran Çindən daha çox təhlükə ərz etsin"

"Koronvirusla əlaqədar ola bilər ki, Tehran Çindən daha çox təhlükə ərz etsin". 24News.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. "Gürcüstanda 24 xəstə virus ehtimalı ilə Yoluxucu Xəstəliklər Klinikasına yerləşdirilmişdir. Ancaq, heç bir halda yeni koronavirus əlaməti aşkarlanmadı. Fəqət biz hazır vəziyyətdə fəaliyyətdəyik və ola bilsin ki, Tehran (İran) Çindən daha çox təhlükə ərz etsin",-deyə A.Qamkrelidze bildirib. Mərkəz rəhbəri vətəndaşlara məcburiyyət yaranmadığı təqdirdə Çin və virusun qeydə alındığı digər ölkələrə səyahət etməməyə çağırıb. Qeyd edək ki, son günlərdə İranda koronavirus nəticəsində həyatını itirənlərin sayında sürətli artım müşahidə edilir. Çindən sonra sözügedən virusla bağlı ölüm halları ən çox İranda yayılıb. Bununla bağlı isə bir sıra ölkələr eləcə də Gürcüstan İranla hava uçuşlarını müvəqqəti olaraq dayandırıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989