Haqqımızda Reklam
23 
Fev
2020
18:26
12
3
1495

SON DƏQİQƏ! Gürcüstan İranla hava uçuşlarını dayandırdı

Gürcüstan hökumətinin qərarı ilə İrana gediş-gəliş məhdudlaşdırılıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qərar koronavirusun Gürcüstan ərazisinə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunub. Qərara əsasən, hazırkı mərhələdə İrandan Gürcüstana sərnişin axını dayandırılacaq. İran aviaşirkətlərinə Gürcüstandakı iranlı turistləri vətənə qaytarılması üçün şərait yaradılacaq. Gürcüstan hazırda İranla quru sərhədi hərəkət üçün açıq olaraq saxlasa da, ciddi məhdudiyyətlər tətbiq olunacaq: “Biz bu istiqamətdə qonşu ölkələrlə fəal iş aparacağıq. Gürcüstan hökuməti hadisələrin inkişafını izləyir, qonşu Azərbaycan və Ermənistanla işi davam etdirir. Gələcəkdə zərurət yaranacağı təqdirdə, quru sərhədi üzrə hərəkəti məhdudlaşdıracağımızı istisna etmirik”. Qeyd edək ki, bu gün Baş nazir Giorgi Qaxaria jurnalistlərə müsahibəsində bildirib ki, Gürcüstanın müvafiq orqanları ölkədə koronavirusun yayılmaması üçün bütün mexanizmlərin işə salıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989