Haqqımızda Reklam
22 
Fev
2020
16:39
11
4
1561

Gürcüstan İranla hava uçuşlarını dayandıracaq

"İrana birbaşa aviareyslərin dayandırılıb-dayandırılmayacağı məsələsinə Baş nazirin sərəncamı ilə yaradılan xüsusi koordinasiya şurası qərar verəcəkdir". 24News.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. O qeyd edib ki, Koordinasiya Şurası iki gündür İranla uçuşların dayandırılmasını müzakirə edir. “Qonşu ölkəmiz olan və sıx turizm və ya işgüzar münasibətlərimiz olan İranda epidemiya getdikcə pisləşir. Buna görə Baş nazirin fərmanı ilə qurulan müvafiq Koordinasiya Şurası bu istiqamətdə müvafiq tədbirləri müzakirə edir. Bir daha qeyd edirəm ki, İranda koronavirus infeksiyası epidemiologiyasının pisləşməsi qonşu ölkələr üçün ciddi problemdir. Bəzi ölkələr artıq qərar qəbul etdilər və buna uyğun olaraq, Gürcüstanda da qərarlar olacaq",-deyə A.Qamkrelidze qeyd edib. Xatırladaq ki, ölümcül koronavirusu İranda 6 nəfərin həyatına son qoyub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989