Haqqımızda Reklam
20 
Fev
2020
15:30
2
1
456

Baş nazir sərt danışdı: "Bir neçə dəfə çevirilişə cəhd oldu, ancaq nəticəsiz sonlandı"

"Ölkədə bir neçə dəfə çevirilişə cəhd oldu, ancaq nəticəsiz sonlandı. Gürcüstan fürsətlər ölkəsidir, çevirililişlər ölkəsi deyil, bunları geridə qoyduq". 24News.ge xəbər verir ki, bu fikirləri Baş nazir Giorgi Qaxaria söyləyib. "Ümumiyyətlə bu mövzu barəsində danışmaq istəməzdim, ancaq, bir daha təstiqlənir ki, 'Vahid Milli Hərəkat' dünənki gündür, bizi sabahkı gün barədə düşünməliyik. Fəaliyyət göstərməliyik ki, bu ölkə çeviriliş ölkəsi deyil, imkanlar ölkəsi olsun. Bu gün azadlığının ilk günündəcə o insan (Vano Mürabişvili -red) qeyd etdi ki, çevirəcəm, dəyişəcəm və ya qarşı çıxacam yox, çevirəcəm. Gəlin bu cür razılaşaq, biz yalnız önə doğru baxırıq. Bir neçə dəfə çevirilişə cəhd oldu, ancaq nəticəsiz sonlandı",-deyə Giorgi Qaxariya bildirib. Məlumat üçün bildirək ki, ölkənin sabiq baş naziri və daxili işlər naziri Vano Merabişvili bu gün səhər saatarında həbsdən azad olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989