Haqqımızda Reklam
19 
Fev
2020
12:14
5
0
1406

Kaxa Kaladzedən vətəndaşlara ŞAD XƏBƏR - Bu cərimələr silinəcək

Tbilisi meri Kaxa Kaladze vətəndaşların "City Park"a olan borclarının bağışlanacağını bildirib. 24News.ge xəbər verir ki, bu barədə paytaxt Tbilisi meri Kaxa Kaladze şəhər şurasının iclasında bildirib. "City Park-la 2007-ci ildə imzalanmış sazişi 2018-ci ilin 10 aprel tarixində ləğv etdik. Həmin kompaniya məhkəməyə müraciət etdi və daha sonra arbitraj məhkəməsi üçün hazırlaşırdı... Ancaq biz onlarla razılığa gəlməyi bacardıq. Bu gün iş nə məhkəmədə nə də arbitrajdadır. Biz sistemi yönəltmək üçün müxtəlif vasitələri onlardan aldıq, həmçinin minlərlə cəriməni ləğv etmək hüququnu da onlardan satın alıdıq. Təəssüfflər olsun ki, bu cərimələr əksər hallarda vətəndaşların hüquqlarını pozurdu və kompaniya ilə müqavilənin dayandırlımasının da əsas səbəblərindən biri elə bu idi. Vitse-mer İrakli Xmaladzeyə sözü gedən cərimələrin ləğvi üçün qanun layihəsi hazırlamağı tapşırıram. Həmin cərimələrin miqdarı təqribi olaraq 850 000 laridir",-deyə K.Kaladze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989